Qrenlandiya Rusiyanın gəmiçiliklə bağlı təcrübəsindən nümunə götürməlidir.
Qaziler.az xəbər verir ki, bu fikri Qrenlandiya parlamentarisi Kuno Fenker RT-yə bildirib.
"Biz sularımızdan istifadə edən yerli xalqların hüquqlarına hörmət etməli və Rusiya Şimal Dəniz Yolunda etdiyi kimi onlardan keçən yük və digər gəmilərin həddindən artıq axınının qarşısını almalıyıq, lakin gəlir və mənfəət itirmədən", - Fenker deyib.
Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə özünüidarəetmə imkanı ilə muxtariyyət qazanıb. Lakin ABŞ prezidenti Donald Tramp dəfələrlə çıxışında bildirib ki, ada ABŞ-nin bir hissəsi olmalıdır.
QAZİLER.AZ



