ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff Polşaya qeyri-rəsmi səfər edib.
Qaziler.az bildirir ki, bu barədə polşanın RMF FM radiosu məlumat yayıb.
Radiostansiyanın mənbələrinə görə, ABŞ administrasiyasının rəsmisi bu həftənin əvvəlində ölkəyə səfər edib. Səfəri zamanı o, müdafiə naziri Vladislav Kosinyak-Kamış, eləcə də daxili işlər naziri və kəşfiyyat koordinatoru Tomaş Simonyak ilə görüşüb.
Danışıqların təfərrüatları məxfi saxlanılır. Radionun məlumatına görə, Polşa Xəbər Agentliyi məlumatı təsdiqləyərək, Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Vladislav Kosinyak-Kamışla görüşünün bu həftənin əvvəlində baş tutduğunu bildirib.
QAZİLER.AZ



