İraq hökuməti Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır.
Qaziler.az Axar.az xəbər verir ki, bunu İraqın millət vəkili Saad əl Mətləbi deyib.O bildirib ki, türk əsgərlərinin Mosulda yerləşdirilməsi ilə bağlı rəsmi Bağdadla heç bir razılıq əldə edilməyib:
“Bağdad Bölgə Şurası ölkədəki dövlət qurumlarının Türkiyə şirkətləri ilə əməkdaşlığını qadağan edib. Bütün türk şirkətlərindən paytaxtı tərk etmələri tələb edilib. Bu, sadəcə ilk addımdır. İraq hökuməti iqtisadi sankisyalar hazırlayır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında məsələni müzakirəyə çıxaracağıq”.