NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsini təyin edib.
"Report"un NATO-ya istinadən məlumatına görə, bunu Alyansın baş katibinin müavini Radmila Şekerinska Bakıda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşü zamanı bildirib.
"Radmila Şekerinska bəyan edib ki, NATO Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsini təyin edib. Onun yaxın zamanda vəzifəsinin icrasına başlayacağı gözlənilir", - məlumatda bildirilib.
Eyni zamanda, görüş zamanı R.Şekerinska Azərbaycanın Avropanın, o cümlədən Ukraynanın enerji müstəqilliyinə töhfəsini yüksək qiymətləndirib və qaz ixracının bir sıra NATO müttəfiqlərinin enerji müstəqilliyini gücləndirdiyini vurğulayıb.



