Hindistanda aqressiv fil ilin əvvəlindən bəri 22 nəfəri öldürüb.
Hindistanın Carkxand əyalətində aqressiv bir fil ilin əvvəlindən bəri səkkiz aylıq körpə və dörd böyük uşaq da daxil olmaqla, 22 nəfəri öldürüb.
Qaziler.az bildirir ki, bu barədə "The Daily Mirror" (DM) qəzeti 18 yanvarda məlumat verib.
Ölkə hakimiyyəti hadisə yerinə ən azı 80 meşə təsərrüfatı işçisi göndərib. Onların heyvanı sakitləşdirici dərmanlarla sakitləşdirmək cəhdləri barədə məlumatlar yayılıb. Yerli kəndlərin sakinləri evlərini tərk edib sığınacaq axtarmağa məcbur olublar.
Aqressiv filin artıq must adlanan vəziyyətdə olduğuna inanılır, bu dövrdə heyvan ətrafdakılar üçün təhlükəli ola bilər.
Bu vəziyyət 20 günə qədər davam edə bilir.
QAZİLER.AZ



