Məşhur teleaparıcı əməliyyatdan sonra komaya düşüb

Məşhur teleaparıcı əməliyyatdan sonra komaya düşüb backend

Məşhur Britaniya idman aparıcısı və amerikalı keçmiş peşəkar futbolçu Osi Umeniora əməliyyatdan sonra komaya düşüb.

Qaziler.az bildirir ki, bu barədə "The Us Sun" qəzeti məlumat verib.

"Xanımlar və cənablar, əsl faciə yaşadım. Xəstəxanada təxminən bir ay keçirdim", - deyə Umenyora bildirib. Aparıcı diaqnozunu açıqlamaqdan imtina edib, lakin ağır əməliyyat keçirdiyini və beş gün komada qaldığını bildirib. "Vəziyyətim çox, çox ağır idi", - deyə o əlavə edib.

Keçmiş idmançı həmçinin bildirib ki, müalicəsi zamanı ətrafındakıların onunla həqiqətən maraqlandığını anlayıb. "Hər gün məni ziyarətə gələn insanlar var idi. Bəziləri hətta komada olanda da gəlirdi", - deyə o, qeyd edib.

QAZİLER.AZ