Yanvarın 22-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makron haqqında zarafatla danışaraq iddia edib ki, onun günəş eynəyi sayəsində gözü açılıb.
Qaziler.az bildirir ki, bu barədə "izvestiya" xəbər verir.
"Düşünürəm ki, hər şey Makronun Davos forumundakı çıxışı zamanı istifadə etdiyi sehrli eynəklə bağlıdır. Düşünürəm ki, o, onlardan istifadə etdi və gözü açıldı", - deyə o bildirib.
Zaxarova əlavə edib ki, çıxışı Rusiyanın nədən danışdığını aydın şəkildə göstərib. Beynəlxalq hüququ əvəz etmək üçün icad edilən Qərb "qaydaları" "güclünün haqqına"na çevrilir.
"Bütün bunlar məhz əvvəlləe müxtəlif formalarda olan, eyni zamanda kolonializmdən qaynaqlanan, ağrılı ambisiyalardan ibarətdir", - o, fikrini tamamlayıb.
QAZİLER.AZ



