"Fələstin xalqı öz torpaqlarından möhkəm yapışıb və onlar öz ərazilərindən çıxarılmaq cəhdlərinə qarşıdırlar".
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas bunu Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"Fələstin xalqı öz torpaqlarından möhkəm yapışıb və yapışmağa davam edir. Biz Amerika və İsrailin fələstinliləri öz ərazilərindən çıxarmaq cəhdlərinə qəti şəkildə qarşıyıq", - deyə o vurğulayıb.
Abbas həmçinin qeyd edib ki, bu məsələdə xalqını dəstəkləyir və Moskva ilə birgə işləməyə hazırdır.
Qəzza ilə bağlı müzakirələr zamanı Fələstin prezidenti Fələstinin Qəzza zolağında məruz qaldığı dağıntıları təsvir edərək, bunu fəlakət adlandırıb.
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın Fələstin məsələsi və ümumiyyətlə Yaxın Şərqdə sülh prosesi ilə bağlı mövqeyi fundamentaldır.
QAZİLER.AZ



