Amerikada ana övladlarını 9 il çölə buraxmadan evdə ac saxlayıb

Amerikada ana övladlarını 9 il çölə buraxmadan evdə ac saxlayıb backend

Nyu-York şəhərində 64 yaşlı Bronks sakini uzun müddət uşaqlarını istismar etdiyi üçün həbs edilib.

Qaziler.az xəbər verir ki, bu barədə “New York Post” yazır.

Nəşrin məlumatına görə, qadın əkiz oğullarını təxminən doqquz il evdə saxlayıb və onları zəngin qidalanma, tibbi yardım, təhsil və sosial əlaqədən məhrum edib ki, həmişə körpə qalsınlar.

Bronks Rayon Prokurorluğunun məlumatına görə, Lissett Soto Domenek hazırda 14 yaşı olan oğlanlarını 2016-cı ilin noyabrından 2025-ci ilin oktyabrına qədər mənzilində, ev dustaqlığında saxlamaqda ittiham olunur. Şəhərin uşaq müdafiəsi üzrə mütəxəssisi bir neçə anonim məlumat aldıqdan və ünvana baxış keçirdikdən sonra istintaq başlayıb.  

Prokurorların sözlərinə görə, uşaqlar aşkar edildikdə ciddi şəkildə qida çatışmazlığından əziyyət çəkirmişlər: biri təxminən 24,5 kq, digəri isə təxminən 23 kq çəkidə olub. Bu göstəricilər onların yaşına və boyuna görə xeyli az olub. Hətta oğlanlardan birində autizm spektr pozğunluğu aşkarlanıb və müstəntiqlərin sözlərinə görə, bu zamana qədər heç bir tibbi müayinədən keçməyib və ya ixtisaslaşmış yardım almayıb.

Mənzildə yalnız körpə sıyığı, butulka və körpələr üçün oyuncaqlar tapılıb, yemək və ya yaşa uyğun əşyaların olmadığı bildirilib. Qonşular uşaqları nadir hallarda gördüklərini deyiblər və onların evdə təhsil aldıqlarını düşünüblər.

QAZİLER.AZ