Zaxarova İrana səfər edəcək ruslara xəbərdarlıq etdi

Zaxarova İrana səfər edəcək ruslara  xəbərdarlıq etdi backend

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İrana səfər etməyi planlaşdıran ruslar səfərlərini yenidən nəzərdən keçirməlidirlər.

Qaziler.az bu barədə “NEWS.ru”ya istinadla xəbər verir.

Diplomatın sözlərinə görə, İrandakı həmvətənləri ağlabatan tədbirlər görməlidirlər.

“İrana istənilən məqsədlə səyahət etməyi planlaşdıran ruslardan təhlükəsizlik vəziyyəti tam normallaşana qədər səfərlərini təxirə salmaları xahiş olunur”, - Zaxarova deyib.

QAZİLER.AZ