Şimali Koreya lideri Kim Çen In Onpo İsti Bulaqlar Kurortunun açılış mərasimində iştirak edib.
Qaziler.az bildirir ki, Koreya Mərkəzi Xəbər Agentliyinin məlumatına görə, Şimali Koreya lideri məkanın qırmızı lentini kəsib və sonra bir-bir obyektləri gəzib. Açılış zamanı Kim Çen In istirahət məkanının hamamını da ziyarət edib.
“Bu gün bu kurort insanlar üçün gözəl istirahət obyekti kimi yenidən qurulub və bu, bizə daha bir səmərəli işin həyata keçirilməsindən qürur hissi verir”, - Kim Çen In bildirib.
Daha sonra o, obyektin tamamlanıb fevral ayında açılmasını əmr edib.
QAZİLER.AZ



