Balıq və balıq məhsulları Qrenlandiyanın əsas gəlir mənbəyidir və ixracın 98%-ni təşkil edir.
Qaziler.az xəbər verir ki, bunu adanın balıqçılıq departamentinin rəhbəri Katrin Kerqor RİA “Novosti”yə bildirib. Onun sözlərinə görə, Qrenlandiyanın məhsullarını Avropa İttifaqı ölkələri, Asiya və ABŞ alır.
“İxrac baxımından balıq və balıq məhsulları bütün Qrenlandiya ixracatının təxminən 98%-ni təşkil edir. Əslində bu, əsas gəlir mənbələrindən biridir. Danimarkadan gələn blok qrantından başqa, bu, əsas gəlir mənbəyidir”, - deyə Kerqor vurğulayıb.
QAZİLER.AZ



