ABŞ prezidenti Doanld Tramp tərəfindən Qrenlandiya ilə bağlı təklif edilən sövdələşməyə adanın satılması daxil deyil. ABŞ yalnız regionun bəzi hissələrində hərbi bazalar üzərində suveren nəzarəti ələ keçirəcək.
Qaziler.az bildirir ki, “The Telegraph” mövcud məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb. Təklif bu bazaların Amerika ərazisində yerləşəcəyini nəzərdə tutur.
Məlumatda həmçinin bildirilib ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya siyasəti Avropa Birliyində qorxuya səbəb olub.
Ağ Ev adanın ABŞ-yə birləşdirilməsini dəstəkləyəcəkləri təqdirdə, Qrenlandiyanın hər bir sakininə 1 milyon dollar (76,9 milyon rubl) təklif etməyi düşünür. Adanın əhalisi təxminən 57.000 nəfərdir.
QAZİLER.AZ



