"Venesuelada mineral ehtiyatlar cinayətkar qruplar tərəfindən idarə olunur" - İqtisadçı ölkəsinin mineral potensialından danışdı

"Venesuelada mineral ehtiyatlar cinayətkar qruplar tərəfindən idarə olunur" - İqtisadçı ölkəsinin mineral potensialından danışdı backend

"Venesuela qlobal investorları cəlb edə biləcək geniş mineral ehtiyatlarına malikdir".

Qaziler.az xəbər verir ki, bunu venesuelalı iqtisadçısı Manuel Suterlend “RİA Novosti”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkədə təxminən 3000 ton qızıl, 45 milyard ton dəmir və vacib nadir torpaq metallarının yataqları var. “Lakin, Vaşinqton əsasən neftə diqqət yetirir”, - deyə o vurğulayıb.

“ABŞ əsasən neftə diqqət yetirir. Bununla belə, nadir torpaq elementləri və qızıl, almaz və kolta kimi digər mineralların potensialını qiymətləndirmək üçün kəşfiyyat və tədqiqat aparmaq barədə bəzi fikirlər var”, - iqtisadçı bildirib.

Lakin, ekspertin izah etdiyi kimi, bu ehtiyatların çıxarılması nizamsız şəkildə təşkil olunur və tez-tez cinayətkar qruplar tərəfindən idarə olunur. Qitənin ən vacib yataqlarından biri almaz, kvars, koltan, dəmir və boksitin hasil edildiyi Orinoko Mədən Qövsüdür. Lakin Venesuelada nadir torpaq elementlərinin səviyyəsi barədə etibarlı məlumat yoxdur. Onların ölçülməsi üçün mövcud metodlar və onların miqdarı da qeyri-müəyyəndir.

QAZİLER.AZ