Türkiyə Bosforda daha bir tunel tikir

Türkiyə Bosforda daha bir tunel tikir backend

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bosfor boğazının altından ikinci tunelin tikintisinə başlanıldığını elan edib. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, tunel İstanbulun Avropa və Asiya hissələrini birləşdirəcək.

Baş nazirin sözlərinə görə, tikinti layihəsi "Böyük İstanbul Tuneli" adlanır: "Tunel vasitəsilə avtomobil və dəmiryol nəqliyyatının hərəkəti həyata keçiriləcək".
Layihənin dəyəri 3,5 milyard dollardır. Tunelin tikintisini 2020-ci ildə başa çatdırmaq planlaşdırılır.
Diaspora