Almaniya hökuməti ölkənin ABŞ prezidenti Donald Trampın təklif etdiyi "Sülh Şurası" təşəbbüsündə iştirakını rədd edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı Brüsseldə keçirilən AB səfirlərinin görüşü üçün hazırlanmış Almaniya Xarici İşlər Nazirliyinin daxili təlimatına istinadən məlumat yayıb.
"Sülh Şurası BMT-yə əks-layihə kimi təqdim olunur. Almaniya Xarici İşlər Nazirliyi hesab edir ki, ölkə ona "indiki formada" qoşula bilməz", - nəşr yazıb.
QAZİLER.AZ



