Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Sülh Şurasına qoşulması ilə bağlı sənədi cümə axşamı Davosda imzalayacağını və ABŞ Prezidenti Donald Trampla danışıqlar aparacağını açıqlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib.
"Cümə axşamı səhəri Davosda olmalıyıq... Prezident Trampla görüşmək və Macarıstan adından Sülh Şurasına qoşulmağımızla bağlı sənədi imzalamaq üçün", - Orban deyib.
O, əlavə etdi ki, Trampla görüşündən sonra fövqəladə Aİ sammiti üçün Brüsselə gedəcək.
QAZİLER.AZ



