Səkkiz ölkə Sülh Şurasına qoşulduqlarını elan edib

Səkkiz ölkə Sülh Şurasına qoşulduqlarını elan edib backend

Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər və BƏƏ-nin xarici işlər nazirləri ölkələrinin Qəzza sektorunun idarə olunması üzrə Sülh Şurasına qoşulmaq qərarını qəbul ediblər.

"Report"un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan birgə bəyanatda qeyd olunub.

"Nazirlər ölkələrinin Sülh Şurasına qoşulmaq barədə birgə qərarını elan etdilər. Hər bir dövlət qoşulma sənədlərini öz hüquqi prosedurlarına uyğun olaraq imzalayacaq", – sənəddə vurğulanır.

Diplomatlar ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlət başçılarına ünvanlanan dəvəti alqışlayıblar.

Səkkiz ölkənin xarici siyasət idarələrinin rəhbərləri Trampın sülhməramlı təşəbbüslərinə dəstəklərini təsdiqləyib və Sülh Şurasının missiyasının icrasına kömək etməyə hazır olduqlarını bildiriblər. Bəyanata əsasən, Şura BMT Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsinə və Qəzza sektorunda münaqişənin dayandırılmasına dair hərtərəfli plana uyğun olaraq "keçid orqanı" qismində fəaliyyət göstərəcək.