Qrenlandiyanın balıqçılıq, ovçuluq və kənd təsərrüfatı naziri Peter Borq bildirib ki, əhali ən azı beş günlük ərzaq ehtiyatı yaratmalıdır.
Qaziler.az "Rossiya 1" telekanalına istinadla bildirir ki, nazirin sözlərinə görə əhali fövqəladə hallara hazır olmalıdır.
“Bu gün biz ehtiyat planı təqdim edirik. Fövqəladə vəziyyətə hazır olun: beş günlük ərzaq ehtiyatı yaradın. Nə qədər çox insan özünü təmin edə və başqalarına kömək edə bilsə, cəmiyyətimiz bir o qədər güclü olacaq”, - Borq mətbuat konfransında bildirib.
QAZİLER.AZ



