Tramp Qərbi öz köklərinə qayıtmağa çağırıb

Tramp Qərbi öz köklərinə qayıtmağa çağırıb backend

Qərb öz mədəniyyətini qorumalı və "qaranlıq əsrlər"dən çıxmasına kömək edən ruhu dirçəltməlidir.

Qaziler.az xəbər verir ki, bu fikirləri Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən ABŞ Prezidenti Donald Tramp səsləndirib.

O, qeyd edib ki, sürətlə inkişaf edən müasir dəyişikliklər dövrü süni intellekt də daxil olmaqla, sürətlə inkişaf edən texnologiyalar sayəsində yeni imkanlar yaradır.

“Biz əvvəlkindən daha güclü, daha uğurlu və daha firavan olmalıyıq. Biz bu mədəniyyəti qorumalı və Qərbin qaranlıq əsrlərin dərinliklərindən insan nailiyyətlərinin zirvəsinə aparan ruhunu yenidən kəşf etməliyik”, - Tramp deyib.

QAZİLER.AZ