Pakistan ABŞ-nin Qəzza Sülh Şurasına qoşulmaq təklifini qəbul etdi

Pakistan ABŞ-nin Qəzza Sülh Şurasına qoşulmaq təklifini qəbul etdi backend

Pakistan ABŞ Prezidenti Donald Trampın Qəzza zolağını idarə edəcək Sülh Şurasına qoşulmaq təklifini qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Pakistan ümid edir ki, bu strukturun yaradılması yekun atəşkəsə nail olmaq, fələstinlilərə humanitar yardımı daha da artırmaq və Qəzzanı bərpa etmək üçün konkret addımlar atmağa imkan verəcək", - deyə XİN-dən bildirilib.

Qeyd edək ki, Qəzza Sülh Şurasına qoşulmaq üçün çoxsaylı liderlərə dəvət göndərilib. Tramp İsrail və HƏMAS hərəkatı arasında əldə edilən razılaşmalara uyğun olaraq, Qəzza zolağının idarəçiliyini öz üzərinə götürəcək quruma sədrlik etmək niyyətindədir.

"Bloomberg"in yaydığı məlumata görə, Ağ Ev lideri şuranın mandatını və nizamnaməsini sabah Davos forumu çərçivəsində təsdiqləməyi planlaşdırır.