Fransa Prezidenti Emmanuel Makron Qrenlandiyadakı hərbi mövcudluğunu artırmağı planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə "Canard Enchaine" qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, Makron Qrenlandiyalıları qorumaq üçün ən azı 200 Alp atıcısından ibarət bir bölmə göndərmək istəyir.
Fransanın Qrenlandiyaya qoşun göndərməsi barədə yanvarın ortalarında məlumat verilib. Hərbçilərin Danimarka və onun fransız tərəfdaşları tərəfindən təşkil edilən təlimlərdə iştirak etdiyi deyilirdi.
QAZİLER.AZ



