Suriyanın keçmiş liderinin qardaşı vəfat edib

Suriyanın keçmiş liderinin qardaşı vəfat edib backend

Suriyanın keçmiş vitse-prezidenti Rifat Əsəd vəfat edib.

Suriyanın keçmiş prezident Bəşər Əsədin əmisi, Suriyanın keçmiş vitse-prezidenti Rifat əl-Əsəd 87 yaşında vəfat edib.

Keçmiş prezident Hafiz Əsədin kiçik qardaşı Rifat əl-Əsəd, rəsmi hökumət vəzifəsində olarkən, uğursuz çevriliş cəhdinə görə 1984-cü ildən bəri sürgündə olub. 2021-ci ildə ona siyasi fəaliyyətdən imtina etmək şərti ilə Suriyaya qayıtmağa icazə verilib.

1984-cü ildən 1998-ci ilə qədər Suriyanın keçmiş vitse-prezidenti olub.

"Rifat əl-Əsəd çərşənbə günü 87 yaşında vəfat edib", - məlumatda bildirilir.

Televiziya kanalı onun ölüm səbəbini açıqlamayıb.

Rifat əl-Əsəd 1971-ci ildən 2000-ci ilə qədər Suriyaya rəhbərlik edən Hafiz əl-Əsədin kiçik qardaşıdır. 2021-ci ildə Bəşər Əsəd əmisinin siyasi fəaliyyətdən çəkinmək şərti ilə Suriyaya qayıtmasına icazə verib.

Rifat əl-Əsədə qarşı İspaniya, Fransa və İsveçrədə korrupsiya və müharibə cinayətləri ittihamları ilə məhkəmə iddiaları qaldırılıb, lakin səhhəti ilə bağlı işlər dayandırılıb. Ərəb mediasının məlumatına görə, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra Rifat əl-Əsəd Beyruta köçüb.

QAZİLER.AZ