Şimali İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzani Ankaraya rəsmi səfər edib. Axar.az xəbər verir ki, kürd lider təyyarədən düşdükdən dərhal sonra Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla görüşə gedib.
İki gün davam edəcək səfər zamanı Bərzani Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlu ilə də görüşəcək.
Görüş zamanı Türkiyə ilə Regional Rəhbərlik arasında münasibətlər və İŞİD-lə mübarizə müzakirə olunacaq.