Rus gəmisi yenə silahını İstanbula tuşladı

Rus gəmisi yenə silahını İstanbula tuşladı backend

Rusiyaya məxsus gəmi Türkiyəyə qarşı növbəti dəfə təxribata əl atıb. Axar.az xəbər verir ki, bu gün səhər saatlarında “Voloqda 50” yük gəmisi Bosfor boğazından keçərək Qara dənizə doğru istiqamətlənib.

Gəmini Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları müşayiət edib.

Yük gəmisinin arxa hissəsində hazır vəziyyətdə olan pulemyot isə diqqətlərdən yayınmayıb.

“Voloqda 50”-nin Aralıq dənizinə hərbi təchizat apardığı və geri qayıtdığı bildirilir.

Qeyd edək ki, dekabrın 4-də Bosfor boğazından keçən “Sezar Kunikov" döyüş gəmisindəki rus əsgər qumbaraatanı çiynində hazır vəziyyətdə saxlayaraq, İstanbula doğru tuşlamışdı.
Diaspora