Trampın Sülh Şurasına dəvət etdiyi ölkə başçılarının sayı bilindi

Trampın Sülh Şurasına dəvət etdiyi ölkə başçılarının sayı bilindi backend

ABŞ Prezidenti Donald Tramp 58 ölkənin liderlərini Qəzza üzrə Sülh Şurasının tərkibinə daxil olmağa dəvət edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin adı açıqlanmayan rəsmisi "Axios" nəşrinə məlumat verib.

Mənbənin dediyinə görə, Tramp Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı, böyük ehtimalla, Sülh Şurasının fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının (BMT) işi ilə müqayisələndirəcək:

"Mənim ehtimalıma görə, o, qurumun BMT-nin antaqonisti olduğu qənaətini bölüşəcək. Amma Donald Tramp çıxış edənə qədər heç vaxt bilmək olmur ki, o, konkret nə danışacaq".

Xatırladaq ki, yanvarın 16-da Donald Tramp Qəzza zolağı üzrə Sülh Şurasının yaradıldığını elan edib.