Tramp Qrenlandiyanın "fəthi"ni əks etdirən foto paylaşıb

Tramp Qrenlandiyanın "fəthi"ni əks etdirən  foto paylaşıb backend

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyaya Amerika bayrağını sancdığı foto yayımlayıb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, foto Trampın “Truth Social” hesabında yerləşdirilib.

Fotoda “Qrenlandiya, ABŞ ərazisi, 2026-cı ildən etibarən” yazılmış bir lövhə də görünür.

ABŞ lideri yazıb ki, Amerika tərəfi adanın ilhaqı ideyasından geri çəkilməyəcək.