Kaluqa hava limanı (Qrabtsevo) müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Qaziler.az xəbər verir ki, bu barədə agentliyin mətbuat katibi, Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərinin müşaviri Artem Korenyako “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, hava limanı mülki aviasiya təyyarələrini müvəqqəti olaraq nə qəbul etmir, nə də buraxmır. Uçuşlar bərpa ediləndə bu barədə məlumat veriləcək.
“Təyyarələrin gəlişi və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün lazımdır”, - Korenyako yazıb.
QAZİLER.AZ



