"Avropa Qrenlandiyaya deyil, Rusiyanın Ukraynaya qarşı müharibəsi məsələsinə diqqət yetirməlidir".
Qaziler.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News” telekanalına müsahibəsində deyib.
"Avropa diqqətini Rusiya və Ukrayna arasındakı müharibəyə yönəltməlidir, çünki açığını desəm, görürsünüz, bu müharibə onları hara gətirib çıxarıb. Avropanın diqqətini Qrenlandiyaya deyil, buna yönəltmək lazımdır", - Tramp deyib.
Tramp Qrenlandiyanın ABŞ-nin bir hissəsi olmasına qarşı çıxan Avropa liderlərini də tənqid edib. O, bir daha bəyan edib ki, ada ABŞ-yə milli təhlükəsizlik məqsədləri üçün lazımdır.
QAZİLER.AZ



