Norveç müharibə dövründə hərbçilərin əmlaklarını müsadirə edəcək

Norveç müharibə dövründə hərbçilərin əmlaklarını  müsadirə edəcək backend

Yanvarın 19-da minlərlə norveçli müharibə vəziyyətində hərbçilərdən evlərinin, maşınlarının, qayıqlarının və texniki avadanlıqlarının müsadirə oluna biləcəyini bildirən məktublar almalı idi.

Qaziler.az xəbər berir ki, bu barədə “Euronews” yazır.

“Rekvizisiya müharibə dövründə silahlı qüvvələrin ölkənin müdafiəsi üçün zəruri olan resurslara çıxışını təmin etmək məqsədi daşıyır”, - deyə ordunun bəyanatında bildirilir.

Bəyanatda əlavə olunur ki, sülh dövründə bu məktubların silahlı münaqişə zamanı hərbçilərin onların əmlakını müsadirə edə biləcəyi barədə insanlara məlumat verməkdən başqa heç bir praktiki əhəmiyyəti yoxdur.

QAZİLER.AZ