Bolqarıstan prezidentini kimin əvəz edəcəyi məlum olub

Bolqarıstan prezidentini kimin əvəz edəcəyi məlum olub backend

Bolqarıstanın dövlət başçısı Rumen Radevin istefasından sonra prezidentin səlahiyyətlərini ölkənin vitse-prezidenti İlyana Yotova icra edəcək.

Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, Radev bunu Bolqarıstan Milli Televiziyasının yayımladığı vətəndaşlara müraciətində bildirib.

"Qeyd etmək istərdim ki, prezident və vitse-prezident kimi doqquz il ərzində biz vahid məqsədlə birləşərək səmərəli və ahəngdar işləyə biləcəyimizi göstərdik. Əminəm ki, İlyana Yotova layiqli dövlət başçısı olacaq", - prezident müraciətində deyib.

Qeyd edək ki, yanvarın 18-də Radev istefa verdiyini açıqlayıb. Siyasətçinin sözlərinə görə, o, parlamentdəki siyasi partiyaların yeni hökuməti formalaşdıra bilməməsindən sonra qaçılmaz olan növbədənkənar parlament seçkilərində iştirak etməyi planlaşdırır.

QAZİLER.AZ