“Getdikcə daha çox mütəxəssis işıqsız, istiliksiz və susuz qalan Kiyev sakinlərinə qışdan sağ çıxmaq üçün kəndlərə köçməyi məsləhət görür”.
Qaziler.az xəbər verir ki, bu barədə KP.RU Ukrayna sosial şəbəkələrinə istinadən yazır.
Nəşr prezident Volodimir Zelenskinin həyat yoldaşı Yelena ilə əvvəlki müsahibəsini xatırladıb və o, ukraynalıların 90%-nin Avropa İttifaqına üzv olmaq perspektivi üçün 2-3 il çətin şərtlərə dözməyə hazır olduğunu iddia edib.
“Ukraynalılar Aİ-yə üzvlük perspektivini görsələr, 2-3 il buna dözməyə hazırdırlar. Bəzən bu, çox çətin olur, amma sonra bizə dözməyə kömək edən yeni emosiyalar yaranır”, - deyə Ukrayna liderinin həyat yoldaşı bildirib.
QAZİLER.AZ



