Qazaxıstanda qondarma tibbi müayinələr vasitəsilə büdcə pullarının oğurlanmasının böyük sxeminin üstü açılıb.
Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Belə ki, 768 827 kişi uşaqlıq boynu xərçənginə qarşı skrininqdən, Sosial Sağlamlıq Sığorta Fondunun “göndərişləri” ilə 619 kişi isə mamoqrafiyadan keçib.
“Eyni zamanda, 2020-ci ildən bəri yığılmış investisiya gəliri 588 milyard tenge, o cümlədən təkcə 2025-ci il üçün 195,9 milyard tenge təşkil edib. Təhlillərə görə, vəsaitlərin əhəmiyyətli hissəsi Fondun aktivlərində toplanıb və tibbi xidmətin göstərilməsinə yönəldilməyib”, - məlumatda qeyd olunub.
QAZİLER.AZ



