Danimarka nümayəndələri Davos Forumuna qatılmayacaqlar

Danimarka nümayəndələri Davos Forumuna qatılmayacaqlar backend

Danimarkanın hökumət rəsmiləri Qrenlandiya ətrafında gərginləşən vəziyyət səbəbindən Davosda keçirilən Dünya İqtisadi Forumuna (WEF) qatılmayıblar.

Bu barədə "Bloomberg" məlumat yayıb.

"Danimarka nümayəndələri foruma dəvət olunub. Orada iştirakla bağlı hər hansı qərar müvafiq hökumət tərəfindən qəbul edilir. Danimarka hökumətinin nümayəndələrinin Davos Forumunda təmsil olunmayacağını təsdiqləyə bilərik" - deyə, Dünya İqtisadi Forumunun təşkilatçıları bildiriblər.

Qeyd edək ki, İsveçrə şəhərində yanvarın 19-23-də forumun illik toplantısı keçirilir.

Oxu.az