İŞİD problemi tez həll edilə bilər. Axar.az xəbər verir ki, bunu İtaliya mətbuatına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, bunun üçün İŞİD əleyhinə koalisiya ilə Rusiya aviasiyasının potensialı bir araya gətirilməlidir:
“Antiterror koalisiyasını hər şeydən öncə yerüstü qüvvələr aviasiyanın dəstəyi ilə formalaşdırmalıdır. İŞİD-in müasir silahları demək olar yoxdur. Yerüstü əməliyyatlar dedikdə mən ilk növbədə Suriya ordusunu nəzərdə tuturam. Amerikalılar da bunu təsdiq edir. Amma nədənsə onlar deyirlər ki, biz Suriya ordusu ilə əməkdaşlığa hazırıq, amma Əsədin əsas komandirlərini buradan götürün. Bu, peşəkar hərbi yanaşma deyil”.