Niderland Kral Dəniz Qüvvələrinin iki zabiti birgə Arktika hərbi təliminin bir hissəsi olaraq Qrenlandiyada kəşfiyyat missiyasını başa vurub və planlaşdırıldığı kimi adanı tərk ediblər.
Qaziler.az-ın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Niderland Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Kəşfiyyat missiyasına Danimarkanın rəhbərlik etdiyi qeyd olunur. Niderland da daxil olmaqla, bir neçə NATO üzvü ölkəsi "Arctic Endurance" adlı birgə Arktika təliminin keçirilməsinin mümkünlüyünü qiymətləndirmək üçün əməliyyata qoşulub.
Missiya zamanı niderlandlı zabitlər əməliyyat və logistika təcrübələrini bölüşüblər. Təlimin sonrakı mərhələləri üçün hazırlıq fəaliyyətlərinin yaxın gələcəkdə Danimarka və Niderlandda davam etdirilməsi planlaşdırılır.
QAZİLER.AZ



