Danimarka hökuməti Davosda keçiriləcək Dünya İqtisadi Forumunda iştirak etməmək qərarına gəlib. Buna səbəb Qrenlandiya ətrafında gərginləşən vəziyyətdir.
Qaziler.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Forum təşkilatçılarının qeyd etdiyi kimi, bu il Danimarka hökumətinin nümayəndələri dəvət olunmuşdu, lakin hər bir ölkə iştirakla bağlı öz qərarını verir.
"Danimarka hökumətinin bu həftə Davosda təmsil olunmayacağını təsdiqləyə bilərik", - yayılan məlumatda deyilir.
QAZİLER.AZ



