Dünyanın ən çox spirtli içkidən istifadə edən və ən "ayıq" ÖLKƏSİ

Dünyanın ən çox spirtli içkidən istifadə edən və ən "ayıq"  ÖLKƏSİ backend

"World Population Review" tədqiqat təşkilatı dünyanın ən çox spirtli içki qəbul edən və ən ayıq ölkələrini müəyyən edib.

Qaziler.az-ın məlumatına görə, Tengrinews.kz xəbər verir ki, portal spirtli içki istehlakı ilə bağlı məlumatları dərc edib.

Hesabata görə, postsovet ölkələri arasında ildə ən çox spirtli içki Gürcüstanda (adambaşına 15,5 litr), ən az isə Tacikistanda (0,7 litr) istehlak edilib. Qazaxıstanda bu rəqəm 5,4 litr, Rusiyada isə 10,5 litr olub.MDB ölkələri arasında Belarus ən yüksək spirtli içki istehlakına malikdir - 11,4 litr.

Alkoqol istehlakına görə dünyada Rumıniya 17,1 litrlə liderlik edir, ardınca Gürcüstan (15,5 litr) və Latviya (14,7 litr) gəlir. Moldova (14,1 litr) və Çexiya (13,7 litr) da ilk beşliyə daxil olub.

Səudiyyə Ərəbistanı, Əfqanıstan və Banqladeş kimi bəzi ölkələrdə spirtli içki istehlakı ilə bağlı heç bir məlumat yoxdur.

Misir, Pakistan, İndoneziyada, eləcə də İran, Suriya və Küveytdə ildə minimum 0,1 litr göstərici qeydə alınıb.

QAZİLER.AZ