Cənubi Afrikada avtobus qəzaya uğradı: 11 məktəbli həlak oldu

Cənubi Afrikada avtobus qəzaya uğradı: 11 məktəbli həlak oldu backend

Cənubi Afrikada avtobusla yük maşınının toqquşması nəticəsində 11 məktəbli həlak olub.

Cənubi Afrikanın şimalındakı Fanderbeylpark yaxınlığında məktəb avtobusunun toqquşması nəticəsində on bir şagird həlak olub, beşi yaralanıb.

"Fanderbeylparkda məktəbə gedərkən məktəb avtobusunun qəzasında on bir şagird həlak olub. Qautenq əyalətinin təhsil naziri Matome Çiloane hadisə yerinə gedir", - deyə Facebook paylaşımında bildirilir .

Yük maşını ilə toqquşmadan sonra avtobus yoldan çıxaraq aşıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerində tibb işçiləri işləyir.

QAZİLER.AZ