Tramp Putini Qəzza üzrə “Sülh Şurası”na dəvət edib

Tramp Putini Qəzza üzrə “Sülh Şurası”na dəvət edib backend

ABŞ Rusiya Prezidenti Vladimir Putini Qəzza üzrə “Sülh Şurası”na qoşulmağa dəvət edib.

Qaziler.az apa-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bəli, Prezident Putin də diplomatik kanallar vasitəsilə bu şuranın tərkibinə qoşulmaq üçün dəvət alıb. Hazırda biz bu təklifin bütün detalları ilə tanış oluruq və bütün nüansları aydınlaşdırmaq üçün ABŞ tərəfi ilə əlaqələr gözləyirik", - o qeyd edib.