Parisi qana boyayan 3-cü terrorçunun kimliyi bilindi

Parisi qana boyayan 3-cü terrorçunun kimliyi bilindi backend

Fransa hüquq-mühafizə orqanları Parisdə törədilmiş məlum terror aktlarını törətmiş 3-cü terrorçunun da kimliyini müəyyənləşdirib. Lent.az BBC-yə istinadən xəbər verir ki, Bataklan konsert salonunda 90 nəfərin qətlə yetirildiyi terror aktının əsas təşkilatçılarından olan şəxsin Strasburq sakini, 23 yaşlı Fuad Məhəmməd Aqqad olduğu üzə çıxıb.

Məlum olub ki, F.M.Aqqad 13 noyabr terrorunadək dəfələrlə Suriyaya gedib-gəlib.

Qeyd edək ki, Bataklan konsert salonundakı gülləbaranı həyata keçirən digər iki terrorçunun şəxsiyyəti daha əvvəl müəyyənləşdirilmişdi.

Paris terrorunda ümumilikdə 130 dinc sakin həyatını itirib.
Diaspora