İsrail Müdafiə Ordusu (IDF) Hebron şəhərində Cəbəl əl-Cövhər rayonunda genişmiqyaslı antiterror əməliyyatına başladığını elan edib.
APA xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, bir neçə gün davam edəcək əməliyyatda hərbçilərlə yanaşı ŞABAK (İsrailin Ümumi Təhlükəsizlik Xidməti) və polis qüvvələri də iştirak edir.
Bildirilib ki, əməliyyatın əsas məqsədləri terrorçu infrastrukturunun fəaliyyətinin qarşısının alınması, qanunsuz saxlanılan silahların müsadirə edilməsi və ərazidə təhlükəsizliyin gücləndirilməsidir.



