Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi

Tramp NATO-nun baş katibi ilə Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə etdi backend

NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampla Qrenlandiya və Arktika bölgəsində təhlükəsizlik məsələlərini müzakirə edib.

 

Trend-in məlumatına görə, bu barədə M.Rutte "X" sosial şəbəkəsində yazıb.

 

NATO-nun baş katibi tərəflərin bu cür təmasları, xüsusən də 19-23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda davam etdirəcəklərini vurğulayıb.

 

Qeyd edək ki, D.Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsini hədəflədiyini bildirib, çünki bunu ölkəsinin milli təhlükəsizliyi üçün vacib hesab edir.