KİV: Hindistandan Ermənistana “Pinaka” raketlərinin ilk partiyası göndərilib

KİV: Hindistandan Ermənistana “Pinaka” raketlərinin ilk partiyası göndərilib backend

Hindistandan Ermənistana “Pinaka” idarə olunan raketlərinin ilk partiyası göndərilib.

APA-nın Hindistan mediasına istinadən verdiyi xəbərə görə, Hindistanın müdafiə naziri Racnat Sinqh “Pinaka” raketlərinin ixracına Naqpurdakı Solar Defence and Aerospace Limited (SDAL) şirkətinin zavodunda start verib.

Qeyd edək ki, Ermənistan Hindistanla 4 ədəd “Pinaka” batareyasının tədarükünü nəzərdə tutan saziş imzalayıb.

 

Keçən ilin yayında Hindistan mediası Ermənistanın Hindistandan silah alışının həcminin 600 milyon dollara çatdığını yazıb.