Yük gəmisindəki texniki problemlər səbəbindən Türkiyənin Dardanel boğazından gəmilərin hərəkəti bir istiqamət üzrə məhdudlaşdırılıb.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti” Türkiyə Sahil Mühafizəsinə istinadən məlumat verib.
"Moskva vaxtı ilə saat 15:45-dən (Bakı vaxtı ilə 16:45) etibarən cənubdan şimala gəmilərin tranziti dayandırılıb", - agentlik bildirib.
Hazırda təxminən 25 gəmi boğazdan keçmək üçün növbələrini gözləyir.
Türkiyə portalının dərc etdiyi məlumata görə, gecikməyə Misirin Port Səid şəhərindən Yalovaya gedən 274 metr uzunluğunda olan və Mozambik bayrağı altında üzən "Boston Beacon" yük gəmisi səbəb olub. Gəminin generatoru sıradan çıxıb.
QAZİLER.AZ



