İŞİD və digər terror təşkilatları üzərində qələbə qazanmaq üçün mütləq yerüstü əməliyyatlar keçirmək lazımdır. Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauer söyləyib. Onun sözlərinə görə, bu addım həmin ölkələrdən qaçan qaçqınların geri dönməsinə şərait yaradacaq:
“Biz əməliyyatları Suriya, İraq, Nigeriya, Çad və Kamerunda keçirməliyik. Lakin bizim hücumlarımız təkcə radikallar üzərində qələbə ilə bitməməlidir. Biz həmçinin terror təşkilatlarının maliyyə mənbələrini kəsməliyik”.