NATO-nun Baş Katibi Mark Rutte Danimarkanın müdafiə naziri Troels Lund Poulsen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeldt ilə görüşəcək.
Qaziler.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
Danışıqlar yanvarın 19-da Brüsseldəki NATO-nun qərargahında keçiriləcək. Mediada danışıqlarla bağlı heç bir işıqlandırma planlaşdırılmır.
Qrenlandiya Danimarka Krallığının bir hissəsidir, lakin 2009-cu ildə özünüidarəetmə imkanı ilə muxtariyyət qazanıb. Lakin ABŞ Prezidenti Donald Tramp dəfələrlə bildirib ki, ada ABŞ-nin bir hissəsi olmalıdır.
QAZİLER.AZ



