Kiyev məktəblərində tədris ili bir ay uzadılacaq

Kiyev məktəblərində tədris ili bir ay uzadılacaq backend

Kiyev məktəblərində elektrik təchizatı ilə bağlı problemlər səbəbindən yanvarın 19-dan fevralın 1-nə qədər tətil elan edilib.

Qaziler.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram” kanalında məlumat verib.

"Yanvarın 19-dan etibarən paytaxtdakı məktəblər 1 fevrala qədər tətildə olacaq", - Kliçko yazıb.

Kliçkonun sözlərinə görə, qış tətili yaz tətili və bir həftəlik yay tətili hesabına uzadılıb. O, tədris ilinin 1 iyuldan gec olmayaraq başa çatacağını dəqiqləşdirib. Mer əlavə edib ki, Kiyevin elektrik təchizatı ilə bağlı vəziyyəti çox çətin olaraq qalır.

QAZİLER.AZ