ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) açıqlamasına görə, ABŞ İrana qarşı sanksiyalara daxil olan şəxslərin və təşkilatların siyahısını genişləndirib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
Sanksiyalar Yəmənin şimalında hökm sürən “Ənsar Allah” (husilər) şiə hərbi-siyasi hərəkatı ilə əlaqələrinə görə 21 şəxs və təşkilatı, eləcə də bir tankeri hədəf alır.
İranda kütləvi etirazlar 2025-ci ilin dekabr ayının sonlarında milli valyuta olan İran rialının devalvasiyasından sonra başlayıb. Tehran iğtişaşlara görə xarici qüvvələri günahlandırır. Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, etirazlarda ABŞ və İsrail iştirak edir.
QAZİLER.AZ



