Britaniya Ukraynaya silah tədarükünü sürətləndirməyin yolunu tapıb

Britaniya Ukraynaya silah tədarükünü sürətləndirməyin yolunu tapıb backend

2026-cı ilə qədər Böyük Britaniya Kiyevdə Ukraynaya müdafiə təchizatını sadələşdirmək və sürətləndirmək üçün nəzərdə tutulmuş biznes mərkəzi açmağı planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Mərkəz səyahət məhdudiyyətləri, artan təhlükəsizlik tələbləri və sığorta problemləri ilə bağlı ölkədə fəaliyyət göstərməkdə çətinlik çəkən Britaniyanın kiçik və orta ölçülü şirkətlərini dəstəkləyəcək.

“Bu mərkəz Ukraynanın müdafiəsini dəstəkləməklə Britaniya sənayesinin rolunu gücləndirəcək və ölkələrimizin müdafiə sənayesini bir-birinə daha da yaxınlaşdıracaq”, - Britaniya müdafiə naziri Con Hili bildirib.

Mərkəzin təhlükəsiz ərazidə yerləşəcəyi bildirilir. Əsas istiqamətlərdən biri Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri və dronların tədarükünü sürətləndirmək olacaq.

QAZİLER.AZ